Böyük Britaniyanın baş naziri Boris Consonun istefa xəbəri son günlərin ən çox müzakirə olunan hadisəsidir. Dərinləşən hökümət böhranı və istefalar fonunda yaşananlar, baş verənlərin həqiqi səbəbləri ilə bağlı suallar doğurur.
ABŞ üzrə ixtisaslaşmış politoloq Nikita Kurkin Boris Consunun istefasını son illərdə Britaniya hökümətində baş verən qalmaqallı hadisələrin məntiqi nəticəsi hesab edir.
Boris Consonun özünü “Uinston Çörçilə” bənzətmək istədiyini bildirən politoloq, baş verənlərin elə də təəccüblü olmadığını düşünür.
Onun sözlərinə görə, Boris Conson Ukraynadakı münaqişəni “Çörçilə çevrilmək” və “şərə qalib gəlmək” şansı kimi qiymətləndirirdi. Hətta sabiq baş nazir bu tarixi roluna o qədər vurulmuşdu ki, ölkəni idarə etmək kimi “darıxdırıcı” gündəlik işlərindən tamamilə əl çəkməyə qərar vermişdi.
MÖVZU İLƏ BAĞLI:
Consondan sonra İngiltərə Ukraynaya dəstək verəcəkmi? - ŞƏRH
Müəllif bu ilin yanvarından Böyük Britaniyada inflyasiya səviyyəsinin 1992-ci ildən bəri qeydə alınan bütün rekordları qırdığını və təkcə yazda benzinin qiymətində 54% artımın müşahidə olunduğunu qeyd edir.
Bu göstəricilərin yüksəlməkdə davam etdiyi və payızda ölkə üzrə 11%-ə çatacağı ehtimal edilir. Lakin politoloq Boris Conson üçün bu məsələnin elə də əhəmiyyətli olmadığını, onun diqqətinin tamamilə Ukraynada qələbə qazanmağa yönəldiyini qeyd edir.
Boris Conson Uels və Şotlandiyada artan narazılıq fonunda Kiyevə səfər edir, Zelenski hökumətinə hərbi yardım göstərmək üçün dövlət büdcəsindəki sosial maddələri çıxarmağa məcbur olurdu, deyə müəllif qeyd edir.
Müəllifin fikrincə, məlum istefanın səbəbləri sırasında sübhəsiz ki, Consonun qalmaqallarla zəngin nazirlik müddəti də xüsusi yer tutur. Conson öz karyerasına yüksək notlarla başlamışdı. Hökumət başçısı Kraliça II Yelizavetadan “Brexit” zamanı parlament iclaslarını beş həftə müddətinə təxirə salmağı xahiş etmişdi.
Nəticədə, məhkəmə baş nazirin bu qərarını qanunsuz hesab etdi və Conson baş verən hər şeyə görə kraliçadan üzr istəməyə məcbur oldu.
Conson həmçinin öz işçilərini təhqir edən daxili işlər nazirinə bəraət qazandırıb. Mühafizəkar deputat İmran Əhməd Xan 15 yaşlı yeniyetməni aldatmaq istəyərkən yaxalanıb, onun partiyasının üzvü və parlamentdəki həmkarı Neil Pariş isə İcmalar Palatasının iclasları zamanı porno izləməsi ilə gündəmə gəlib.
Baş nazirin özü, COVID-19 pandemiyasının davam etdiyi günlərdə əvvəlcə partiya donorlarından iqamətgahının təmiri üçün ödənişi istəməsi, sonra isə Dauninq küçəsi 10 ünvanında (“Partygate” adlanan) yerləşən ofisində alkoqol məclisləri keçirməsi ilə "məşhurlaşıb”. Bunun üçün o, dəfələrlə və qətiyyətlə üzr istəməli olub.
Başqa bir qalmaqal, sərxoş vəziyyətdə London klubunda iki kişiyə təcavüz edən parlamentari Kris Pinçerin fəaliyyəti ilə Consonun hakimiyyətini bitirən sonuncu qalmaqal oldu.
Boris Conson Pinçerin içki düşkünlüyü və yüksək libidosu ilə bağlı problemlərdən xəbərdar idi, lakin baş nazir, onları görməzdən gəlməklə kifayətləndi.
Bunun fonunda Mühafizəkarlar Partiyası 400-dən çox mandatını itirərək yerli hökumət seçkilərində məğlub oldu və partiya liderinə etimad səsverməsi keçirildi. Bu səsvermədə Conson qalib gəldi və daha sonra 2030-cu illərə qədər hakimiyyətdə qalmaq niyyətində olduğunu bəyan etdi.
Daha sonra o, İngiltərənin şimalında mühafizəkar nümayəndələrin iştirak etdiyi konfransda iştirak əvəzinə Kiyevə səfərə getdi. İngiltərədə son illərin ən böyük dəmir yolu tətili zamanı da Boris Conson G7 və NATO-dakı həmkarları ilə görüşmək üçün xarici səfərdə idi. Tətil edənlərə isə “Putinin dostları” damğası vurmaqla kifayətləndi.
Baş nazir səmimi şəkildə əmin idi ki, ingilislər ərzaq və benzinin bahalaşmasından narahat deyillər. Çünki bu, Ukraynada Putini məğlub etmək üçün verilən çox kiçik güzəştlər idi.
Mühafizəkarlar arasında anti-Rusiya mövzusunda konsensus olsa da, Consonun davranışları artıq “yeni Çörçill” maniyasına bənzədildiyi də aydın idi. Görünən odur ki, Boris Consonun xarici səfərləri zamanı onun fəaliyyətindən narazı olan partiya yoldaşları xüsusi kampaniya təşkil ediblər.
Pinçerlə bağlı qalmaqal bu kampaniyanın ilk addımı olub və qırxdan çox vəzifəli şəxs Nazirlər Kabinetini tərk edib.
Britaniyanın baş naziri hətta parlamentin buraxılması və yeni seçkilərlə (onların məğlub olacaqları) silahdaşlarını şantaj etsə də, sonunda təslim olub və istefa verib.
Rəvan Əliyev, Bizim.Media