Cəlilabadın sabiq icra başçısının 2 milyonluq əmlakı müsadirə olundu - QƏRAR 

Hazırda oxunan: Cəlilabadın sabiq icra başçısının 2 milyonluq əmlakı müsadirə olundu - QƏRAR 

83009

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub.

Bizim.Media xəbər verir ki, Namiq Zeynalova və ailə üzvlərinə məxsus bir neçə fərdi yaşayış evləri, "Lexus" markalı minik avtomobili, Cəlilabad rayonu ərazisində yerləşən müxtəlif təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulub. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalova və ailə üzvlərinə məxsus əmlakların cinayət yolu ilə əldə olunmuş gəlir vasitəsi ilə alındığı məlum olub.

Həmin əmlakların müsadirə edilməsi və məhkəmənin qanuni hökmü qüvvəsini alandan sonra hərrac yolu ilə satılması barədə qərar qəbul edilib. 

Hökmdə qeyd olunub ki, sabiq icra başçısına məxsus olan müsadirə edilmiş əmlakların dəyəri 2 milyon manatdır. Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib. 
İstintaq orqanı tərəfindən Namiq Zeynalovun barəsində Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. 

O, Cəlilabad Rayon İcra Hakimiyyətində 2020-ci ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. 

Prezident İlham Əliyevin ötən il dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin