"Haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”. Bizim.Media-nın məlumatına görə bunu Mustafa Şəntop jurnalistlərə açıqlamasında deyib.
TBMM sədri Azərbaycanın Müstəqillik Gününü də təbrik edib: “Azərbaycan bayrağının bu torpaqlarda dalğalanması üçün də daim dua edirik. Bu, sadəcə mənim fikrim deyil, parlamentimizin və Türkiyədəki 83 milyonun fikridir. Onların da duaları daim Azərbaycanladır”.