Xəbər verildiyi kimi, 18 fevral 2022-ci il tarixdə 1982-ci il təvəllüdlü Xəyalə Abiyevanın qəsdən öldürülməsi faktı üzrə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bizim.Media Şirvan şəhər prokurorluğuna istinadən xəbər verir ki, müəyyən edilib ki, Abiyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Xəyalə Abiyevaya övladının gözü qarşısında ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı xəsarətdən xəstəxanada ölüb.
MÖVZU İLƏ BAĞLI:
9 il əvvəl paytaxtda tanışını boğub öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA
Bundan əlavə, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu polis əməkdaşlarına da ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.
Elnur Abiyevə Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media