Etibar Əliyev: “Nazirliklər ictimai şuralara təzyiq edir”

Hazırda oxunan: Etibar Əliyev: “Nazirliklər ictimai şuralara təzyiq edir”

82896

“Təcrübə onu göstərir ki, ictimai şuralara təzyiqlər var. Nazirliklər tərəfindən ictimai şuralara təzyiqlər edilir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.  

Deputat qeyd edib ki, bu təzyiqlərə dözüm gətirməyənlər də var:  

“Elə şərait yaradılır ki, onlar fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Müstəqil fəaliyyət göstərməksə daha çətindir. Bəzi məmurlar ictimai şuraların inkişafını, ümumiyyətlə, istəmir, müqavimət göstərirlər.
Bir çox hallarda onlarla bağlı xoşagəlməz məlumatlar yayırlar. İctimai iştirakçılığın genişləndirilməsi onlara sərf etmir, çünki bu şəffaflıqdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin