Yaponiyanın sabiq baş naziri Şinzo Abe hücuma məruz qaldıqdan sonra yerləşdirildiyi xəstəxanada vəfat edib.
Bizim.Media xəbər verir ki, həkimlər bütün səylərə baxmayaraq, sabiq nazirin həyatını xilas edə bilməyib.
Xatırladaq ki, Ş.Abe seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı odlu silahdan hücuma məruz qalıb.
Hücumda şübhəli bilinən 41 yaşlı keçmiş hərbmi Yamaqami Tetsuya hadisə yerində polis tərəfindən saxlanılıb.
***09.26
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
Bizim.Media “Bloomberg“ə istinadla xəbər verir ki, hadisə Nara şəhərində baş verib. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yaponiya Baş naziri Kişida Fumio məsələ iə bağlı açıqlama verərək Şinzonun vəziyyətinin kritik olduğunu söyləyib:
“Mən ümid edirəm və dua edirəm ki, o, sağ qalacaq. Biz motivləri və detalları bilmirik, polisin araşdırmasını gözləməliyik. Qətiyyətlə vurğulayıram ki, belə barbar hücumlara dözüm göstərmək olmaz, biz hökumət olaraq əlimizdən gələni edəcəyik”.
Həmçinin Şinzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib.
NHK telekanalının məlumatına görə, o, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.
Bizim.Media