“Azərbaycanın bu sahədə gəlirləri kəskin artacaq” – Deputatdan PROQNOZ

Hazırda oxunan: “Azərbaycanın bu sahədə gəlirləri kəskin artacaq” – Deputatdan PROQNOZ

82818

Son dönəmlərdə dünya və regional arealda baş verən bir sıra siyasi və iqtisadi proseslər logistik xətlərdə də yeni alternativlərə zərurəti bir xeyli artırıb. Xüsusən də, Azərbaycanın coğrafi mövqeyi bu məsələdə daha çox diqqəti cəlb edib.

Bununla yanaşı, son günlərdə baş verən bir sıra siyasi addımlar da diqqətləri yenidən Azərbaycanın logistik əhəmiyyətinin artmasına yönəldib:

1. İran Prezidenti İbrahim Rəisi Rəşt-Astara yolunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib;

2. Digər tərəfdən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Gürcüstana səfəri zamanı Orta Dəhlizlə daşımaların artırılması ilə bağlı müzakirələr aparılıb;
 

MÖVZU İLƏ BAĞLI:

“Sığorta haqlarının müəyyən edilməsində sosial ədalətsizlik var” – Millət vəkili


3. Qazaxıstan lideri Kasım-Jomart Tokayev Şarl Mişellə telefon danışığında dünya bazarına daha çox kabohidrogen ehtiyatları çıxara biləcəklərini və bunun üçün “Orta Dəhliz”dən istifadə olunması imkanlarından danışıb;

4. Zəngəzur dəhlizinin açılması üçtərəfli danışıqlarda ən çox irəliləyişə nail olunan məsələdir;

5. Rusiya-Ukrayna münaqişəsinin uzanması və İrana tətbiq olunan sanksiyaların törətdiyi maneələr alternativ marşruta ehtiyacı gün keçdikcə daha da artırıb.

Azərbaycanın nəqliyyat habına çevrilməsi imkanlarını Bizim.Media üçün dəyərləndirən millət vəkili Vüqar Bayramov qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin Cənubi Qafqaz, o cümlədən Azərbaycan üzərindən yükdaşımalarının artmasına gətirib çıxarıb:

“Bir tərəfdən Azərbaycanda nəqliyyat-logistik infrastrukturun inkişaf etməsi, elektron yeniliklərdən daha çox istifadə ölkəmiz üzərindən daşımaları artırıb. Pandemiyadan əvvəl, 2019-cu ildə Azərbaycan üzərindən daşınan qeyri-neft sektoru məhsullarının həcmində 65% artım qeydə alınmışdı.

Artıq pandemiya bütün dünyada ciddi şəkildə yumşalıb və bu da daşımaların ümumi həcmini yenidən daha da artırıb. 

Digər tərəfdən Şərq-Qərb nəqliyyat dəhlizi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı davam edən intensiv danışıqlar kommunikasiyaların bərpa edilməsi imkanları da Azərbaycan üzərindən daşımaları daha da artırır. Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı görülən tədbirlər də Azərbaycanın nəqliyyat habına çevrilməsi prosesini sürətləndirir. 
 

Nəticə etibarılə biz, Azərbaycanın haba çevrilməsi istiqamətində işlərin daha sürətlə həyata keçirildiyini müşahidə edirik. Bu da birmənalı şəkildə yüklərin artmasına və ölkəyə əlavə valyuta axının cəlb olunmasına imkan verir.


Bütövlükdə isə növbəti illərdə Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlərdə kəskin artımın olacağı gözlənilir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin