Şəkidə zorlanaraq  hamilə qalan 21 yaşlı qız niyə küçəyə ATILIB? - TƏFƏRRÜAT

Hazırda oxunan: Şəkidə zorlanaraq  hamilə qalan 21 yaşlı qız niyə küçəyə ATILIB? - TƏFƏRRÜAT

82759

Şəki şəhərində cinsi zorakılığa məruz qalan sağlamlıq imkanları məhdud 21 yaşlı qız sığınacağa yerləşdiriləcək. 

Bu barədə Bizim.Media-ya Daxli İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə zorlanan qız bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsindəki sığınacağına yerləşdiriləcək:

“Həmin qızın anasının psixoloji problemləri var və dilənçilik fəaliyyəti ilə məşğul olur. Daimi yaşayış yerləri yoxdu və kirayədə qalırlar. Qızın ümumiyyətlə şəxsiyyətini təsdiq edən sənədi də yoxdur”. 

21 yaşlı qızın kim tərəfindən cinzi zorakılığa məruz qalmasına gəlincə, Mahir Məsimov sözügedən məsələ ilə bağlı araşdırmaların getdiyini deyib:

“Araşdırma gedir və iddialar yoxlanılır. Ekspertizadan sonra həmin şəxsin kimliyi bəlli olacaq”.

Qeyd edək ki, cinsi zorakılığa məruz qalması iddia edilən qız hamilədir və kirayə qaldığı evdən atılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin