Rühəngiz qızının qohumu ilə boşanma sualını eşidib, efiri tərk etmək istədi - VİDEO

Hazırda oxunan: Rühəngiz qızının qohumu ilə boşanma sualını eşidib, efiri tərk etmək istədi - VİDEO

82758

Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu “Onun sirri” verilişdə gərgin anlar yaşayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi verilişdə qızı Lalə ilə bağlı ünvanlanan sualı eşidər-eşitməz halı dəyişib və studiyanı tərk etmək istəyib.  

Verilişin aparıcısı Lətafət Ələkbərovanın müğənniyə ünvanlandığı “Eks-qohumunuzla ailə quran qızınızın boşanma səbəbi nə idi?” sual onu çaş-baş salıb.  

“Özümdən nə sual verirsizsə verin, cavablandıraram. Amma qızımla bağlı suala cavab vermək istəmirəm. Bu verilişdə artıq qala bilmirəm. İstəməzdim ki, məni belə görsünlər. Çıxıb gedirəm. Hər bir ana öz qızının xoşbəxtliyini istəyir. Ana nə yaşayıbsa, baladır, onu yaşayır.

Qohumumuza ərə getdi. Qisməti belə imiş. Çox həssasam, haldan hala düşürəm. Evə sağ-salamat getsəm yaxşıdır. Gözüm qaralır”- deyə, R.Musayeva bildirib. 

Aparıcı müğənninin verilişdən getməməsi üçün “əl-ayağa” düşüb və istəyinə nail olub. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin