Tahir Əmiraslanov kitablarını yandırmasının səbəbini AÇIQLADI - VİDEO 

Hazırda oxunan: Tahir Əmiraslanov kitablarını yandırmasının səbəbini AÇIQLADI - VİDEO 

82742

Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq direktoru Tahir Əmiraslanov kitablarını yandırması ilə bağlı paylaşımına edilən şərhlərə aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, illərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb görüntülərini paylaşan eks-direktor bunun səbəbləri ilə bağlı “Facebook” hesabında yazıb: 

“Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram: 

1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm. 

2. "National Geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”.  

Xatırladaq ki, Tahir Əmiraslanov paylaşdığı fotoya bu şərhi vermişdi:

“Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və sairə yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?”.  

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin