Çimnaz efirdə ağladı: "Bir ildir ki, gecə lampası yandırıb yatıram" – VİDEO 

Hazırda oxunan: Çimnaz efirdə ağladı: "Bir ildir ki, gecə lampası yandırıb yatıram" – VİDEO 

82732

“Pandemiya məni çox dəyişdi. Ömür boyu azadlığım üçün mübarizə apardım. Koronavirus bizim azadlığımızı əlimizdə aldı. Azadlığı sevən qadınam. “Olar bunu edim?” üçün heç kimdən icazə almıram. Bir o məcburiyyətində qaldım ki, “sms” yazıb, icazə alıb, evdən çıxırdım. Bu məni sındırdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Vicdan haqqı” serialında “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova qonaq olduğu “Xəbər-ətər” səhər şousunda deyib. 

Pandemiyada ailəsinin yaxın üzvlərini itirən aktrisa onların yoxluğu ilə barışa bilmədiyini söyləyərək, göz yaşlarına hakim olmayıb. 

“Pandemiyada itkilər çox oldu. Koronavirus o qədər insanları apardı ki,... Başa düşürsən ki, həyat bir gündür və o da bu gündür. Ailəmdə itkilər çox oldu. Bu bir il ərzində yaxınlarımı itirdim. Cavan bibim qızı, bibim, bibimin həyat yoldaşı, əmim rəhmətə getdi.
Bu həyat əlbəttə ki dəyişəcək. Mən bibimin qızının məzarına indiyə kimi getməmişəm (ağlayır). İnanmıram ki, o oradadır. Buna inanmaq istəmirəm. Qəbir daşını görmək istəmirəm. Çünki inanmıram ki o, artıq bizimlə deyil. Çünki onun ölümü ilə barışa bilmirəm. Bir ildir ki, ya şam, ya da ki, gecə lampası yandırıb yatıram ki, qaranlıqda qalmayım. Onları itkisi ilə barışa bilmirəm”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin