Gələn ildən etibarən məktəblərdə fəaliyyət göstərən bufetlərdə monitorinqlərin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinqdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Nazirliyin qaydalarına uyğun olaraq məktəblərdə hansı məhsulların satılmalı olduğu müəyyən olunub:
"Yoxlamalar aparılarkən hər hansı pozuntular aşkarlanırsa, Təhsil Nazirliyi bununla bağlı müəyyən tədbirlər görür. Uşaqlar məktəbdə 3-5 saat vaxt keçirir. Biz daha çox sağlam qidanın təşviqi ilə bağlı işlər aparmalıyıq. Ona görə ki, uşaqlar məktəbdən çıxıb həmin qidanı hansısa formada dükandan da ala bilərlər. Bunun üçün də valideynlərlə daha çox iş aparılmalıdır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 07.07.2022
Məktəblərdə monitorinq aparılacaq
Hazırda oxunan: Məktəblərdə monitorinq aparılacaq
Hazırda oxunan: Məktəblərdə monitorinq aparılacaq
82725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.