Kadırov: “Ümid edirəm ki, şeytanlarla hesablaşmaq üçün Putin əmr verəcək”

Hazırda oxunan: Kadırov: “Ümid edirəm ki, şeytanlarla hesablaşmaq üçün Putin əmr verəcək”

82719

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hesab edir ki, Ukraynadakı “xüsusi əməliyyat” zamanı əsas vəzifəsi Çeçenistandan qaçan terrorçuların məhv edilməsidir. Çeçen liderinin fikrincə, bu terrorçular Ukraynada gizlənir və onlar  üçün “əməliyyat” hələ başa çatmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Telegram kanalında yazıb.

“Çeçenistan Respublikasında soyğunçuluq edən şeytanlarla hesablaşmalıyıq. Biz onları rəsmi olaraq terrorçu kimi tanıyırıq və çoxdan axtarırıq. “Xüsusi əməliyyat”ın əvvəlindən bizim xüsusi diqqətimiz məhz bu “tör-töküntülər”in yerini aşkara çıxarmaq idi. Bu vəzifə bu günə qədər də prioritet olaraq qalır”, - deyə Çeçenistan rəhbəri bildirib.

Ramzan Kadırov ümid edib ki, Rusiya prezidenti Vladimir Putin onların ləğvi ilə bağlı göstəriş verəcək:

“Bu “siçovullar” axtarışdadır. Uzun müddətdir ki, axtarırıq. İndi Ukraynanın paytaxtında peyda olublar. Onları məhv etmək üçün Çeçenistandan olan bütün döyüşçülər intensiv şəkildə hazırlaşırlar və müvafiq göstərişin gəldiyi anı gözləyirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin