Qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək olar? - AÇIQLAMA 

Hazırda oxunan: Qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək olar? - AÇIQLAMA 

82708

İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 9,10 və 11 iyul tarixləri içərisində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər. 

Bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edir. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Təzəpir Məscidinin imamı Hacı Şamil Rəsulov bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil. 

“Kəsiləcək qurbanı pul ilə əvəz edib kiməsə yardım etmək şəriətimizin qaydalarına uyğun deyil. Qurban elədir ki, gərək özü kəsilə və Allah yolunda paylana.

Bəzən deyirlər ki, bir xəstə var, qurbanı pul ilə əvəz edib ona verək. Bu şəriətə uyğun deyil. Kimsə yardım etmək istəyirsə, bunu o niyyətlə etməlidir. Yəni, əgər kimsə yardım etmək istəyirsə qurban məsələsin buna qatmasın, yardım niyyəti ilə versin. Qurbanlıq olmayan vaxtı necə yardım edirlər indi də elə etsinlər, bunu kəsilən qurbanla əlaqələndirməsinlər”, - deyə Ş.Rəsulov əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin