Bizim.Media xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmilər qarşılayıblar.
Hava limanında TBMM-nin sədri Mustafa Şəntop KİV nümayəndələrinə səfərinin məqsədi barədə açıqlama verib.
Səfər çərçivəsində M. Şəntop bir sıra rəsmi görüşlər keçirəcək. TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxışı da nəzərdə tutulub.