“Nizamidən də oxuyaram, Füzulidən də oxuyaram. Nəsimidən oxudum kim mənə nə deyə bildi ki?”
Bizim.Media xəbər verir ki, bunu mügənni Afət Fərmanqızı öz sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib.
O, Nəsiminin qəzəlindən sonra Nizamiyə də müraciət etdiyini qeyd edib:
“Bəzi adamlar var, orda-burda mənim adımı çəkirlər. Deyirlər Afətə deyin ki, Nizami ilidir, bir dənə də Nizamidən oxusun. Oxumuşam! Yaxında görəcəksiniz. Niyə oxumuram?! Nizamidən də oxuyaram, Füzulidən də oxuyaram, kim mənə nə deyə bilər ki?! Nəsimidən oxudum kim mənə nə deyə bildi ki? Deyənin də cavabını verdim”.
Qeyd edək ki, Afət Fərmanqızı İmaddədin Nəsiminin sözlərini hind musiqisi ilə sintez edərək, mahnını “Pəncu şeş” adı ilə ictimaiyyətə təqdim etmişdi. Müğənni bu mahnısına görə bir çox incəsnət adamları, sənətçilər tərəfindən də tənqid olunmuşdu.
Bizim.Media