COVİD-19-dan sonra KÖKƏLƏNLƏR - Dietoloq çözüm yollarını AÇIQLADI

Hazırda oxunan: COVİD-19-dan sonra KÖKƏLƏNLƏR - Dietoloq çözüm yollarını AÇIQLADI

82619

COVİD-19 pandemiyasının sonlarına doğru çatsaq da, ondan bizə qalan fəsad və problemlər hələ də bitmək bilmir. Bir çox şəxs virusa yoluxub sağalmasından uzun müddət keçsə də yaranan yaddaş, dad bilmə və artıq çəki problemi ilə mübarizə aparmağa davam edir.

Dietoloq-həkim Ofelya Tahirova Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında da faktı təsdiqləyib.

Onun sözlərinə görə, COVİD-19 dan sonra artıq çəkilərlə bağlı müraciət edən pasiyentlərin sayı artıb:

“Konsultasiya zamanı məlum olub ki, bu kilo artımı daha çox kor təbii sürətdə, həkim məsləhəti olmadan çox miqdarda qəbul edilən dərman və vitaminlərlə bağlıdır. Həmçinin gündəlik qida istehlakı da digər günlərə nisbətən artdığı müşahidə olunur. Soruşanda da deyirlər ki, biz qorxduq ki, immunitetimiz düşər və xəstəliyə güc gələ bilmərik. Əslində normadan artıq qidalanma immun sistemin zəifləməsinə səbəb ola bilir. Bu baxımdan çox sayda insanda COVİD-19-dan sonra artıq çəki və piylənmə yaranıb. İnsanların böyük əksəriyyəti hazırda həmin çəkiləri verməkdə çətinlik çəkirlər. 

Burada iki nüans var: 

1) Düzgün qidalanma haqqında məlumata malik olmamaq

2) COVİD-19-un metabolik sistemin zəifləməsinə, hormonal stabilliyin pozulmasına səbəb olması 

Həkim-dietoloq artıq kiloları dəf etmək üçün önəmli məsələlərə də toxunub. O, bildirir ki, sözügedən şəxslər gündəlik həyatlarında oturaq yox, aktiv həyat tərzinə uyğunlaşmalıdırlar:

“Ən əsası yuxu rejimini düzəltməlidirlər. Demək olar ki, yuxu rejimi bədəndə baş verən dəyişikliklərə böyük təsir göstərir. Gündəlik minimum 1 litr su içməkdə də fayda var. Həmçinin stressdən uzaq qalmaq önəmlidir. Gündəlik qida rasionlarında yeməklə yanaşı tərəvəzlərdən bol miqdarda istehlak etməkləri də mütləqdir. Həmçinin tərəvəzlərin mövsümə uyğun olması daha yaxşı olar. Ət məhsullarından mal ətini həftədə 2 dəfə qəbul etmələri kifayətdir. Həftənin digər günləri isə dəniz məhsullarından ibarət qidalanma daha məqsədəyğundur.
 

Quş əti və süd məhsulları da qida rasionunda çox önəmli yer tutur. Süd məhsulları birbaşa mədə-bağırsaq sisteminə müsbət təsir göstərir və həzmi yaxşılaşdırır. Çünki tərkibinə çox sayda faydalı probiotiklər var.


Mədə-bağırsaq sistemi düzgün çalışmayan insanlar çəki verən zaman çətinlik çəkəcək ona görə də mütləq şəkildə bu sistemi normal hala salmaq lazımdır. Həmçinin normal miqdarda çərəzlər qəbul etmək də önəmlidir. Tərkibindəki turşular və doymamış yağlar olan: badam, qoz, fındıq və s kimi çərəzlərdən istifadə məsləhətlidir. Sadaladığım çərəzlərin tərkibindəki faydalı yağlar orqanizmdə bir çox funksiyaların bərpasına kömək edir və piylərin parçalanma sürətini normallaşdırır və prosesə təkan verir. Həmçinin beyin-ürək sistemlərini qidalandıraraq yaddaşı gücləndirir”, - deyə O.Tahirova qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin