İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən istehsalçılar üçün imtiyazlar təklif olunacaq.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərinin müavini Elxan Şiriyev deyib.
Onun sözlərinə görə, söhbət işğaldan azad edilən ərazilərə gətirilən xammalların gömrük rüsumundan azad olunmasından gedir:
“Bunlar quruculuq işlərinin aparılmasında və istehsal müəssisələrin yaradılmasında istifadəsi nəzərdə tutulan məhsullardır. Bu gətirilən məhsulları daha rəqabətqabiliyyətli edəcək. Burada da əsas məqsəd sahibkarların fokusunu işğaldan azad olunan ərazilərə yönəltməkdir”.
Agentlik rəhbərinin müavini yeni güzəştlər paketinin yaxın bir il – il yarım ərzində təqdim olunacağını istisna etməyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:09 / 06.07.2022
Qarabağda işləyəcək şirkətlərə İMTİYAZLAR
Hazırda oxunan: Qarabağda işləyəcək şirkətlərə İMTİYAZLAR
Hazırda oxunan: Qarabağda işləyəcək şirkətlərə İMTİYAZLAR
82611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.