Sabiq xarici işlər naziri, hal-hazırda Bosniya və Hersoqavinada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri ilə olan Vilayət Quliyev Azərbaycan Milli İstiqlal Partiyasının 30 illik yubileyi ilə bağlı xatirələrini paylaşıb.
Səfir sosial şəbəkə hesabından yazdığı statusda həmin dövrdə dövlət katibi olmuş Pənah Hüseynin AMİP-in təsis qurultayında səsləndirdiyi fikirlərə toxunaraq qeyd edib ki, Pənah Hüseyn Etibar Məmmədova üz tutaraq bunları deyib:
“Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. –Sən öl o kreslolarda elə oturmşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər”.
Səfir Etibar Məmmədovun dövlət katibinə cavabını da fikirlərinin davamında qeyd edib:
“Qorxma, sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”
Sözügedən iddialara Bizim.Media-ya açıqlamasında aydınlıq gətirən Pənah Hüseynin sözlərinə görə, ümumiyyətlə, həmin təsis qurultayında iştirak etdiyini və təfərrüatları xatırlamır:
“Sadəcə orada “svarka-kreslo” söhbəti qeyd olunub ki, mən leksikonumda, ümumiyyətlə, “svarka” sözündən istifadə etmirəm. Əgər belə bir hadisə olubsa da, mümkündür ki, başqa bir formada olub. Ola bilsin, Vilayət müəllim hadisələri bədiiləşdirib, ya da zarafatla belə bir fikir səsləndirilib. Sən demə hadisələr Vilayət müəllimin yaddaşında çox parlaq şəkildə qalıb, xüsusən də, bahalı kostyum, qalstuk kimi təəssüratlar var onda. Ona çox gözəl yaddaşlar arzulayıram”.
AXP sədri qeyd edib ki, Xalq Cəbhəsi hakimiyyəti dönəmində ilk qanunlarından olan “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra əsas siyasi oppenentləri olan AMİP qeydiyyata alınıb:
“Əsas olan da odur ki, həmin dövrdə dövlət katibinin yeni təsis olunmuş partiyanın təsis qurultayında iştirak edib, Prezidentin təbrik məktubunu çatdırması Xalq Cəbhəsi hakimiyyətinin partiyalaşmaya verdiyi önəmi vurğulayır. Bu cəhətdən belə xatirələri eşitmək xoşdur. Bir daha təkrar edirəm, şəxslər gəlib-gedərdi, dövlətin vəzifə kresloları əbədidir”.
Pənah Hüseyn Etibar Məmmədovun ona qeyd olunan formada cavabı ilə bağlı da fikirlərini bölüşüb:
“Vəzifədə olub-olmamağın əhəmiyyəti yoxdur, biz 1989-cu ildən başlayaraq, Etibar bəylə bir hərəkatda olmuşuq. Mümkün haldır ki, zarafat və sataşma kimi bu cür atmacalar olsun. Lakin nə mən, nə də Etibar bəyin belə bayağı fikirlər səsləndirməsinə inanmıram. Vəzifənin bizim münasibətlərə heç bir aidiyyatı yoxdur”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:15 / 06.07.2022
Pənah Hüseyn Vilayət Quliyevin CAVABINI VERDİ: “Bahalı kostyum, qalstuk məsələsi maraqlıdır”
Hazırda oxunan: Pənah Hüseyn Vilayət Quliyevin CAVABINI VERDİ: “Bahalı kostyum, qalstuk məsələsi maraqlıdır”
Hazırda oxunan: Pənah Hüseyn Vilayət Quliyevin CAVABINI VERDİ: “Bahalı kostyum, qalstuk məsələsi maraqlıdır”
82594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.