Azərbaycanda hərbi film çəkmək üçün kinomatoqraf yoxdur – Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Azərbaycanda hərbi film çəkmək üçün kinomatoqraf yoxdur – Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

82547

Dünyanın ən yaxşı təbliğat vasitələrindən biri də filmdir. İstənilən ölkənin mədəniyyəti, coğrafiyyasını, psixologiasını film vasitələri ilə təbliğ etmək mümkündür. Ötən əsrin sonlarında isə bu üsuldan istifadə etməklə böyük dövlətlər öz ordu güncünü təbliğ edirdi. Demək olar ki, hələ də davam edir...

Əsasən də burada söhbət informasiya savaşından gedir. Saxta personalar, əsli mövcud olmayan prototiplər informasiya cəbhəsinin ən ağır silahları hesab edilirdi.

Bu sadalananların isə Azərbaycana heç bir aidiyyatı yoxdur. Məslən, birinci Qarabağ və 44 günlük Vətən müharibəsində kifayət qədər real qəhrəmanlar, qəhrəmanlıq hekayələri olmasına baxmayaraq hərbi filmlər lentə alınmır.

Hətta buna tələbatın çox olması belə məsələnin həllinə fayda vermir. Bizim.Media-nın mütəxəssislərlə bu barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşaya həsr olunmuş “Bu qala bizim qala” sənədli filmi hazırlandı - VİDEO


“Mən deyərdim ki, Amerika ordusunun əsgərləri dünyanın ən cəsarətsiz əsgəridir. Onlar apardığı heç bir müharibədə qalib olmayıblar. Ancaq təbliğat işini elə qurublar ki, hər kəs onları qəhrəman kimi qəbul edib, örnək gətirirlər. Məgər Amerika ordusunda “Rembo” olub? Bu sadəcə bir obrazdır. Bədii filmlər vasitəsi ilə özlərini dünyaya “Rembo” kimi təqdim ediblər. Amma bizim Qarabağ müharibəsində döyüşən yüzlərlə əsl “Rembo”muz var. Bunları çəkib təbliğ etmək lazımdır. Bütün dünya Azərbaycan əsgərinin qəhrəmanlığını örnək göstərməlidir”.

Bu fikrirləri Bizim.Media-nın Qarabağ bürosuna millət vəkili Aqil Abbas bildirib. O, Azərbaycanda hərbi filmlərin olmamasından narahat olduğunu ifadə edir. Dünyanın ən unikal təbliğat vasitələrindən olan bədii filmlərin çəkilməməsində problem nədir? 

Kinoşunas Ayaz Salayev də bu problemin mövcudluğundan narahat olduğunu dilə gətirir: 

“Ən vacib mövzulardan biridir. Lakin Azərbaycanda bunu bacaran mütəxəsislərin olmaması işi çətinləşdirir. Mən bildirmək istəyirəm ki, Azərbaycanda hərbi filmlərin çəkilməsi üçün kifayət qədər çox real hekayələr var. Ancaq bunu lentə alacaq kinomatoqraf yoxdur”. 

Bəs mütəxəsislər necə hazırlana bilər sualını Rasim Balayevə ünvanlayırıq. O məsələnin həlli üçün Türkiyə Cümhuriyyətinin təcrübəsindən istifadə etməyi məqsədə müvafiq hesab edir: 

“Mən 1993-cü ildə Türkiyədə kino çəklişinə dəvət edilmişəm. Həmin dövrlərdə onların kinomatoqrafiyası Azərbaycandan çox aşağı səviyyədə idi. Onlar problemi həll etmək üçün rejissor və operatorlar seçərək Amerika və Almaniyaya göndərdi. Həmin heyyət orada təhsil alıb geri döndükdən sonra Türkiyə kino sahəsində surətlə inkişaf etdi. Mən belə hesab edirəm ki, biz də ölkədə bu sahə ilə məşğul olan gəncləri seleksiya edib dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərmək lazımdır.

Özü də o gənclər göndərilməlidir ki, onlar həqiqətən istedadlı olsunlar. Bu heyyətə kiminsə tapşırığı ilə əlavələr etmək olmaz. Çünki bu yaradıcılıq sahəsidir”. 


Rasim Balayev belə təhsil ocağının ən yaxşısı kimi Moskva Kinomotoqrafiya İnistutunu göstərir...

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin