Liftlərdə ölənlərə görə kim cavab verməlidir? – Məsuliyyəti heç bir orqan DAŞIMIR

Hazırda oxunan: Liftlərdə ölənlərə görə kim cavab verməlidir? – Məsuliyyəti heç bir orqan DAŞIMIR

82537

Son aylarda yaşayış binalarında liftlərin sıradan çıxması ilə baş verən bədbəxt hadisələrin sayı artıb. Son olaraq dünən baş verən hadisə paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsi 6A ünvanındakı binada baş verib. Axşam saat 19:30 radələrində yaşayış binasının lifti hərəkətdə olarkən qırılıb. Hadisə nəticəsində xəsarət alan 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Bununla yanaşı hazırda istifadəyə yararsız, saysız sayda liftlər var ki, bərpa olunmağını səbirsizliklə gözləyir.

Demək olar ki, tez-tez vətəndaşlar çoxmərtəbəli binalarda liftin işləmədiyi haqqında sosial şəbəkələrdə şikayət postları yazırlar. Lakin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun strukturuna daxil olan “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu problemə bir əncam çəkilmir. Ən son yararsız liftlərin yeniləri ilə əvəzlənməsi prosesi Bakının Nizami və Qaradağ rayonunda planlaşdırılaraq Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə danışıqlar aparıldığı bildirilirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yaşayış binasında lift qırıldı - YARALI VAR/VİDEO


Lakin görünən budur ki, proses bütün əraziləri əhatə etmək üçün çox gecikir. 

Əmlak üzrə ekspertlərin fikrincə, liftlərdəki problem istismar müddətində yox, əsasən inşaat işləri zamanı yaranır. Belə ki, bəzi tikinti şirkətləri xərclərini azaltmaq üçün ucuz liftlər almağa çalışırlar və ya istifadəçi sayını düzgün şəkildə tənzimləyə bilmirlər. Nəticədə 5 nəfər üçün nəzərdə tutulan liftlərdən daha çox şəxs istifadə etdikdə bədbəxt hadisələrlə nəticələnir. 

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu sahənin normal vəziyyətə gətirilməsi üçün bələdiyyə institutunun gücləndirilməsinə ehtiyac var:

“Lift problemi ölkədə hər zaman aktual məsələ olub. Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binalarda isə məsuliyyət yoxdur və vaxtlı-vaxtında kimin xidmət göstərməli olduğu bilinmir. Buna görə də çox zaman sakinlər kommunal, lift pulunu verməkdən yayınır. İdarə də bu halda liftin yaxşı xidmət göstərməsinə maraqlı olmur. Ümumiyyətlə kommunal, lift xidmətləri bələdiyyələrin tərkibində olmalıdır.
 

Seçilmiş bələdiyyə institutları vətəndaş qarşısında hesabatlı olmalıdır və buna görə də nəzarəti güclü həyata keçirməlidirlər. Əslində indi ayrıca bir qurumun olması kifayət qədər ciddi problemlər yaradır.


Lift İdarəsinin vətəndaş qarşısında heç bir məsuliyyəti yoxdur. Ona görə də bu sahələrin bələdiyyələrə verilməsi və onların səlahiyyətlərinin artırılması, nəzarət mexanizminin gücləndirilməsi və seçicilərin isə seçkilər vasitəsilə nəzarət mexanizminin yaradılmasına ehtiyac var”, - deyə N.Cəfərli açıqlamasında bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin