“Azərbaycanın səbri tükənə bilər” – Deputatdan ermənilərin təklifinə CAVAB

Hazırda oxunan: “Azərbaycanın səbri tükənə bilər” – Deputatdan ermənilərin təklifinə CAVAB

82453

Xəbər verdiyimiz kimi, iyulun 4-də ATƏT PA-nın sessiyasında Ermənistan nümayəndələri növbəti reallıqdan uzaq təklifləri ilə gündəmə gəliblər. 

Belə ki, erməni deputatlar tərəfindən səsləndirilən və onların maraqlarına cavab verən ümumilikdə 3 təklif irəli sürülüb:

1. Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin qətnamə layihəsinə “Dağlıq Qarabağ münaqişəsi”ni və “ATƏT-in Minsk Qrupu” nu daxil etmək;

2. UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırış;

3. Ermənipərəst isveçli deputat Bjorn Soderin “saxlanılan erməni hərbiçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təklifi;

Lakin bütün bu təkliflərə deputatlarımız tərəfindən obyektiv cavab verilib və səsvermədə səs çoxluğu ermənilərin əlehinə olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan üçün TARİXİ ŞANS: “Ya dövlətini xilas edəcək, ya da...” – Asim Mollazadə 


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadənin sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarda həqiqətləri dünyaya çatdırır.

“Beynəlxalq hüquq normalarının pozulması barəsində kifayət qədər məlumatlar verib. Onsuz da Ermənistanın yalanlarına heç kim inanmır”, - deyə deputat əlavə edib.

Asim Mollazadə Azərbaycanın sülh təklifləri qarşısında Ermənistan rəsmilərinin beynəlxalq təşkilatlar qarşısında bu cür məsələləri gündəmə gətirməsini də şərh edib:

“Azərbaycan sülh istəyir və Ermənistanın bu oyunlarını səbrlə izləyir. Lakin məqam ola bilər ki, bizim səbrimiz tükənər. O zaman Azərbaycan Ermənistanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edə bilər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin