Gəncədə “Yaşıl şəhər” layihəsi müzakirə edildi - FOTO

Hazırda oxunan: Gəncədə “Yaşıl şəhər” layihəsi müzakirə edildi - FOTO

82450

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi “Yaşıl şəhər” layihəsi ətrafında müzakirələr aparılıb.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Gəncə Azərbaycanın ilk şəhəri olaraq “Yaşıl şəhər” layihəsinə qoşulub. O, qeyd edib ki, bu layihə Gəncə sakinləri üçün önəmli hadisələrdən biridir.
Şəhər rəhbəri “Yaşıl şəhər” layihəsinin həyata keçirilməsinin Gəncə şəhəri üçün  sevindirici hal olduğunu vurğulayıb. Niyazi Bayramov bu istiqamətdə  aparılan işlərdə öz dəstəyini əsirgəməyəcəyini bildirib və layihənin gedişatına uğurlar arzulayıb.  

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Kamola Mahmudova səmimi görüş üçün Niyazi Bayramova təşəkkür edib. O vurğulayıb ki, “Yaşıl Şəhər” layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək.

Kamola Mahmudova layihənin üç mərhələdən ibarət olduğunu diqqətə çatdırıb. Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsidir.

Kamola Mahmudova görüləcək işlərin hər biri şəhərin ekoloji vəziyyətinə müsbət təsir edəcəyini deyib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin