Bu gün Bakı Metropolitenində əlində sellofana bükülmüş balta ilə cinsi azlıqları hədələyən şəxsin növbəti videosu sosial şəbəkələrdə yayılıb.
Bizim.Media xəbər verir ki, sözügedən şəxs açıqlamalarına belə aydınlıq gətirib:
“Mən metroya balta ilə girməmişəm. Əlimdə çəkic olub. Öz işinizlə məşğul olun, həmin şəxsləri müdafiə etməyin”.
MÖVZU İLƏ BAĞLI:
DİN: "Metroda balta ilə görüntülərini yayan şəxs axtarılır" - YENİLƏNİB
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hazırda sözügedən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media