841 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu 

Hazırda oxunan: 841 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu 

82416

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə işçilərin əməkhaqqının birgə maliyyələşdirilməsi” proqramı üzrə 2022-ci ilin 6 ayı ərzində 850 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. 300-dən çox namizəd artıq işə qəbul prosesini tamamlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, proqram üzrə bu ilin ötən dövründə 80-dək, ümumilikdə isə 262 işəgötürənlə əməkdaşlığa başlanılıb və onlarla müqavilələr imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid ailələri, müharibə əlillərinin təqaüd və müavinətləri artıb - 2,5 dəfə


Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin