Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə metroda balta ilə görüntülərini yayaraq insanlara hədə-qorxu gələn şəxslə bağlı araşdırmalara başlayıb.
DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Bizim.Media-ya bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:
"Hazırda həmin şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, görüntülərdə adı açıqlanmayan şəxs metroya balta ilə girdiyini və qarşısına çıxan cinsi azlıqları baltalayaraq öldürəcəyini deyib.
***
Bakı metrosunda əlində balta olan şəxs özünü videoya çəkərək cinsi azlıqları hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Əlində sellofana bükülmüş balta ilə gəzən şəxs deyib ki, əgər özünü qadın kimi aparanlardan, qaşını-gözünü alanlardan görsəm, başını kəsməsəm adam deyiləm.
Məsələ ilə bağlı “Bakı Metropliteni” QSC ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələyə cavabdeh Daxili İşlər Nazirliyinin olduğunu dedi.
DİN rəsmisi isə olayla bağlı araşdırma aparıldığını deyib.
Görüntünü təqdim edirik:
Səkinə Yusibli, Bizim.Media