“Bitcoin” kripto valyutasının son dövrlər dəyəri sürətlə artaraq 42 min dollar təşkil edib.
Bizim.Media “The Street” saytına istinadən xəbər verir ki, kripto valyutanın mübadilə mərkəzi hesab edilən “Gemini”nin banisi Taylr və Kameron Vinklevos “Bitcoin”in ümumilikdə 500 min dollara qədər artacağı, bu ilin sonunda isə 318 min dollara qədər yüksələcəyini bildirib.
Bəs “Bitcoin”nin sürətlə dəyərinin artmasının səbəbləri nələrdir?
Başlıca səbəblərindən biri pandemiyadır və qlobal fond bazarlarında neftin qiymətinin düşdüyü dövrdə artmağa başlayıb. İnvestorlar koronavirusa qarşı peyvəndlərin inkişaf etdirilməsinə, kriptovalyutalara və riskli aktivlərə sərmayə qoyub.
Son dövrlər xüsusilə ABŞ və Britaniyanın bir çox investisiya şirkətləri kriptovalyutalara sərmayə qoyduqlarını açıqlayıblar.
“Ruffer” investisiya fondu 27 milyard dollarlıq aktivlərinin 2.5%-ni sərmayə qoyub.
Fond bu sərmayədə bütün dünyada davam edən devalvasiyaya qarşı “kiçik və təsirli” sığorta kimi görür.
“Bitcoin”in son həftədə kəskin artımı, həm də valyuta bazarındakı mənfi xəbərlərlə əlaqəlidir.
Bu gün “Bitcoin” təkcə investorları cəlb etmir, eyni zamanda, bir sıra özəl və dövlət qurumları da xəzinələrini “Bitcoin”ə çevirirlər. Son dövrdə “Bitcoin”ə investisiya qoyan nəhəng şirkətlər arasında “Square”, “MicroStrategy” və “MassMutual” da var. Hazırda ən çox “Bitcoin”ə “Grayscale Bitcoin Trust” sahibdir.
Həmçinin, onlayn ödəməni təmin edən 360 milyondan çox aktiv müştərisi olan “PayPal” da kriptovalyutalarla ödənişə imkan yaradıb.
“PayPal”dan başqa digər ödəmə sistemlərin də kriptovalyutalara inteqrasiyası, “rəqəmsal cüzdan” sayının və investisiyaların bu istiqamətdə artması “Bitcoin”in bahalaşmasına səbəb olub.
Dünyada bir çox böyük şirkətlər “Bitcoin”i qızıla alternativ hesab edir. Gündəlik 900 ədəd “Bitcoin” istehsal edilir və bu rəqəmi aşmaq mümkün deyil. Dolayısıyla təklif məhdud olduğu üçün tələb yüksək olduqda qiymət də buna uyğun olaraq artır.
“Bitcoin”in üstünlüyü nədir?
“Bitcoin”in heç bir rəsmi qurum və ya Mərkəzi Banklarla əlaqəsi yoxdur və ölkə iqtisadiyyatına təsir etmir. Hesabınızı yalnız siz idarə edə bilərsiniz. Heç bir struktur hesabınıza müdaxilə edə bilməz. Eyni zamanda, pul köçürmələri etmək üçün banklara və digər vasitəçi qurumlara ehtiyac yoxdur. Hesab açmaq çox sadədir.
Banklarda olduğu kimi uzun müddət gözləməyə ehtiyac yoxdur. “Rəqəmsal cüzdan” vasitəsilə köçürmələrinizi daha tez həyata keçirə, “Bitcoin”i istədiyiniz vaxt istədiyiniz hesaba transfert edə bilərsiniz. Sahib olduğumuz kriptovalyuta tamamilə bənzərsiz bir kodla hazırlanan və yalnız sahibinin istifadəsində olan bir xüsusiyyətə malikdir və sahib olduğunuz məbləğ sizin nəzarətinizdən kənarda istifadə edilə bilməz.
Çünki, “Blockchain” adlı şifrələmə texnologiyasına müdaxilə etmək çox çətindir.
Ölkədən-ölkəyə heç bir fərqi yoxdur, dünyanın hər yerində 1 “Bitcoin” eyni dəyərdədir. Sahib olduğunuz kriptovalyuta ilə dünyanın istənilən nöqtəsində mübadilə fərqi olmadan əməliyyatlar apara bilərsiniz. Bir sözlə, bu valyuta növü ilə ticarət əməliyyatlarını asanlaşdıra və bu pullardan yalnız ölkənizdə deyil, həm də bütün dünyada istifadə edərək investisiya imkanlarını artıra bilərsiniz.
Bəs “Bitcoin”lə bağlı proqnozlar necə olacaq?
Vüqar Ağamalıoğlu, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:00 / 12.01.2021
“Bitcoin”in dəyəri 500 min dollar olacaq – PROQNOZ
Hazırda oxunan: “Bitcoin”in dəyəri 500 min dollar olacaq – PROQNOZ
Hazırda oxunan: “Bitcoin”in dəyəri 500 min dollar olacaq – PROQNOZ
8237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.