İranlı nazir "Qardaşım Ceyhun Bayramovla vacib söhbətim oldu"

Hazırda oxunan: İranlı nazir "Qardaşım Ceyhun Bayramovla vacib söhbətim oldu"

82277

"Tehran-Bakı əlaqələri düzgün yolda davam edir və İlham Əliyevin Tehrana səfəri birgə gündəliyə daxil edilib".

Bizim.Media xəbər verir ki, bu barədə İran xarici işlər naziri "Twitter"də yazıb:

"Qardaşım Ceyhun Bayramovla vacib və mehriban söhbətim oldu. İkitərəfli, regional və beynəlxalq məsələlərə baxılıb, Qarabağın ərazi bütövlüyünün qorunması və suverenliyə hörmət prinsipləri əsasında sülh yolu ilə həlli vurğulanıb".

Xarici işlər naziri qeyd edib ki, münasibətlər düzgün yolda davam edir, Cənab İlham Əliyevin Tehrana səfəri birgə gündəliyə daxil edilib.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının prezidenti və xarici işlər naziri ilə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin