Müdafiə Nazirliyi məhkəməyə verilməsini TƏKZİB ETDİ

Hazırda oxunan: Müdafiə Nazirliyi məhkəməyə verilməsini TƏKZİB ETDİ

82271

Azərbaycan Müdafiə Nazirliyi məhkəmə verilməsi barədə məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən açıqlamada bu məlumatların əsassız olduğu qeyd edilib.

"Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.
Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb.

Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır", - deyə MN-in məlumatında vurğulanır.

Biizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin