“Rus sülhməramlılarına qarşı təsir vasitəsi olmalıdır” - POLİTOLOQ

Hazırda oxunan: “Rus sülhməramlılarına qarşı təsir vasitəsi olmalıdır” - POLİTOLOQ

8226

“Qarabağa türk qoşunlarının gəlməsi rus sülhməramlılarının özlərini daha çevik və sakit aparmağa vadar edəcək”.

Bu şərhlə Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıqov çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Politoloq: "Sülhməramlıların fəaliyyəti qalıcı sülh üçün effektiv deyil"


O, qeyd edib ki, Rusiya və Türkiyə qoşunlarının Qarabağda mövcudluğu müəyyən balans yaradacaq:

“Türkiyə qoşunlarını Qarabağa yeridə bilər və bu, Türkiyə ilə münasibətlərimizdən asılı olacaq. Bu, heç bir tərəfin maraqlarına zidd deyil. 

Rusiya anlayacaq ki, burada türk qoşunları Azərbaycanı müdafiə edən bir amildir. Onların hansısa bir qanunazidd hərəkətləri Türkiyə və Azərbaycan tərəfindən çox mənfi bir reaksiyaya səbəb ola bilər. Hesab edirəm ki, rus sülhməramlılarına qarşı təsir vasitəsi mütləq olmalıdır”. 

Politoloq əlavə edib ki, türk silahlı birləşmələri Qarabağa gəlsə və gəlməsə də Dağlıq Qarabağın status məsələsi artıq bitib:

“Biz ermənilərə Dağlıq Qarabağla bağlı status verməyəcəyik. Ümumiyyətlə Dağlıq Qarabağa qondarma respublika və muxtariyyət verilməsi məsələsi artıq arxadadır. Buna son qoyulub. İstər Paşinyan divara dırmaşsın, yaxud fərqli bəyanatlarla çıxış etsin, bu, bizim ərazidir. Bu ərazi dünya birliyi tərəfindən tanınan Azərbaycanın tərkib hissəsidir. Amma istənilən halda türk hərbçilərinin Qarabağa gəlməsi Azərbaycana əlavə dəstəkdir”. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə göndərdiyi sənəd təsdiq olunub.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur. Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın sözlərinə görə türk əsgərlərinin Qarabağda hansı bölgələrə və nə vaxt yerləşdirilməsinə  Rəcəb Tayyip Ərdoğan qərar verəcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin