“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.
Bizim.Media "mehrnews"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
İran-Azərbaycan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
““3+3 formatında regional əməkdaşlıq platforması üzrə iclas əvvəlcə İranda yüksək səviyyəli ekspertlər səviyyəsində, növbəti mərhələdə isə İran, Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək”, - Hüseyn Əmir-Abdullahian bildirib.
Bizim.Media