Robert Köçəryanın deputatı mandatından imtina etdi

Hazırda oxunan: Robert Köçəryanın deputatı mandatından imtina etdi

82206

“Hər şeyin başlanğıcı və sonu var. Bu nümunə (mandatdan imtina qərarı) indiki zamanda xüsusilə aktualdır və siyasi razılaşmalar zamanı həyata keçirilir”.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu fikirləri iyulun 4-də sabiq prezident Robert Köçəryana məxsus “Ermənistan” müxalifət blokunun deputatı Artur Kazinyan öz “Facebook” səhifəsində yazıb və mandatından imtina etdiyini deyib. 

Onun fikrincə, bu, hazırda ən düzgün və əsaslandırılmış həll yoludur. 

Bununla yanaşı, Kazinyan təfərrüatlı məlumat verməyib, verdiyi qərarın yalnız sırf siyasi və taktiki xarakter daşıdığını vurğulayıb.

“Hazırda bircə onu deyə bilərəm ki, daha parlamentdə işləməyi təsəvvürümə gətirə bilmərəm və bu şərtlər altında deputat statusumu qorumağım qeyri-mümkündür. Əks halda vicdansızlıq olardı”, - Kazinyan izah edib.

Eyni zamanda, hakimiyyətin radikal tənqidçisi vurğulayıb ki, Ermənistan və Qarabağdakı vəziyyətə, respublikanın hazırkı rəhbərliyinə qarşı səsləndirdiyi bütün ittihamlar öz aktuallığını saxlayır.

“Müqavimət hərəkatının istifadə olunmayan böyük potensialı var. Bu, xəyanətin qarşısını almaq üçün hazırda mövcud olan yeganə platformadır. Hərəkəti saxlamaq və gücləndirmək lazımdır. Mən etiraz aksiyalarında iştirak edəcəyəm və hamını da aksiyaya qoşulmağa çağırıram. Müxalifət blokunun parlament fraksiyasındakı həmkarlarıma uğurlar arzulayıram”, - deyə Artur Kazinyan yazıb.
O, qeyd edib ki, parlamentdə müxalifəti təmsil edən çoxlu sayda vicdanlı, sadiq və vətənpərvər insanlar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin