İyulun 3-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında saxlanılmış “Hyundai” markalı avtomobili və yaxınlıqda olan sürücüsü, Bərdə rayon sakini Etiram Hüseynovu vurub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, xəsarətlə xəstəxanaya yerləşdirilən E.Hüseynov ölüb.
Xəzər Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media