Ötən axşam Bakıda canlı solo konsert proqramı ilə çıxış edən Rusiyanın məşhur azərbaycanlı pop ulduzu "Jony" (Cahid Hüseynli) tanınmış musiqiçi əmisi Xanhüseyn Hüseynovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, şam yeməyi zamanı əmisi ilə bir araya gələn sənətçi onunla birlikdə video çəkərək, sosial şəbəkə hesabında paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
"Jony" əmisinin "Sən şamsan əgər" mahnısını oxuyub, "Evdə məni öldürəcək" dedi - VİDEO
Əmisinin ifasından feyziyab olan "Jony" onun musiqi fəaliyyətindən söz açaraq, bir çox oxşar məqamların olduğunu yazıb.
“Bu, mənim əmim Xanhüseyn Hüseynovdur. Ötən gün vətənimdə verdiyim konsertdə onun mahnısını oxudum, özü də bəyəndi. O, çoxlu hitlər yazıb. İlk səsyazmanı 1980-ci illərdə Araz İsgəndər Ağalarovun studiyasında edib. Təsadüfdürmü? İkimiz də fevralın 29-da anadan olmuşuq. İkimizdə musiqini, ifa etməyi və yaratmağı sevirik. Bir növ möcüzədir. Bu yaşında da səsinin şirinliyi qalıb”, - deyə "Jony" bildirib.
Qeyd edək ki, "Jony" konsertində əmisinin “Sən şamsan əgər” mahnısını səsləndirərək gecəyə damğasını vurub.
Rəşad Əliyev, Bizim.Media