Gürcüstanın paytaxtı Tbilisidə LGBT əleyhinə keçirilən aksiyada bir nəfər özünü yandırmağa cəhd edib.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, o, üzrəni benzin töküb. Ağır yanıq xəsarətləri alan şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
O, "Mən günahkarlar ölkəsində yaşamaq istəmirəm" deyə qışqırıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin yerləşdiyi Rustaveli prospektində LGBT icmasına qarşı aksiya keçirilir. “Mühafizəkarlar Hərəkatı” tərəfindən təşkil olunan aksiyada LGBT-nin “Qürur həftəsi” çərçivəsində baş verənlərə etiraz edilir.
Bizim.Media