Avropa Komissiyasından Ukraynaya 1 milyardlıq TƏKLİF

Hazırda oxunan: Avropa Komissiyasından Ukraynaya 1 milyardlıq TƏKLİF

81932

Avropa Komissiyası Ukraynaya 1 milyard avro makromaliyyə ayırmağı təklif edib.

Bizim.Media xəbər verir ki, bu haqda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Twitter" hesabında yazıb.

“Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsinin verilməsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək”, - deyə sədr qeyd edib.

O, əlavə edib ki, Aİ Ukraynaya yardım göstərməyə davam edəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.

İndi qərar Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin