Abbasdan ETİRAF: "Nənəmlə elə videolarım var ki..." – VİDEO 

Hazırda oxunan: Abbasdan ETİRAF: "Nənəmlə elə videolarım var ki..." – VİDEO 

81880

“Nənəmin yeri indi çox görünür. O, hər zaman mənə müsbət enerji verib. Nənəmi çox sevirəm. O, bu gün də mənim üçün yaşayır və hər zaman yaşayacaq, çünki nənə başqa bir varlıqdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.

Nənəsini itirən sənətçi, onunla bağlı xatirələrini bölüşüb:  

“Anamı da görürəm, nənə kimi necə xoşbəxtdir. Nənələri görüb sevinir. Rəhmətlik nənəm də məni və digər nəvələrini görəndə çox xoşbəxt olurdu. Ən çox sevdiyi nəvəsi də mən idim. Nənəmlə elə videolarım var ki, onu heç yerdə paylaşmamışam, arxivimdədir. Onun yeri hər zaman görünür. Mənim üçün çox ağır itkidir. Nənəmin itkisi ilə barışa bilmirəm. Mən babamın adını daşıyıram”.  

Avqustda qırx yaşı olacaq A.Bağırov doğum gününü qeyd etməyəcəyini bildirib.

“Hər günümüz doğum günüdür. Gecə yatıb, səhər oyana biliriksə, ondan böyük xoşbəxtlik yoxdur. Doğum günü mənim üçün adı bir gündür. Çünki heç bir özəlliyi yoxdur. Mənim üçün özəl olan insanın canının sağlam olmasıdır, xoşbəxt ailəsidir”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin