Bakıda "hərrac dələduzluğu"nda ittiham olunan şəxs azadlığa buraxıldı

Hazırda oxunan: Bakıda "hərrac dələduzluğu"nda ittiham olunan şəxs azadlığa buraxıldı

81850

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

Hökmə əsasən, Ceyhun Hüseynovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib və məhkəmə iclas zalından azadlığa buraxılıb.  

İttihama görə, Ceyhun Hüseynov tanışı Məlahət Məmmədovaya 2020-ci ilin dekabrında hərracdan satılan avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu deyib.  
“Muğan Bank” ASC-də işləyən “Ruslan” adlı dostunun olduğunu və həmin bankın balansında olan hərraca çıxarılacaq müxtəlif növ avtomobillərin yalnız həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə alıb, baha qiymətə satacaqlarını vəd edib. 

Bu yolla zərərçəkmişin 65.000 manat pulunu ələ keçirib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin