Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Vilyam Hacıyevin verilmiş maddələrlə təqsirli bilinərək, 13 il azadlıqdan məhrum olunmasını istəyib.
O, həmçinin sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirə olunmasını istəyib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Həmçinin, V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 01.07.2022
Prokuror Vilyam Hacıyevə 13 il iş istədi - Əmlakları müsadirə ediləcək
Hazırda oxunan: Prokuror Vilyam Hacıyevə 13 il iş istədi - Əmlakları müsadirə ediləcək
Hazırda oxunan: Prokuror Vilyam Hacıyevə 13 il iş istədi - Əmlakları müsadirə ediləcək
81835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.