Direktor olmaq istəyənlər üçün xüsusi komissiyalar yaradılacaq

Hazırda oxunan: Direktor olmaq istəyənlər üçün xüsusi komissiyalar yaradılacaq

81814

“Şagird sayı 150-dək olan məktəblərə direktor qəbulu müsahibə formasında, 151-500 olan məktəblərdə isə birinci test, uğur qazananlara müsahibə ilə seçim prosesi təşkil olunacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov bildirib. 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev isə deyib ki, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi 4 mərhələdən ibarət olacaq: 

“Onlardan biri də müsahibə mərhələsidir. Bunun üçün xüsusi müsahibə komissiyaları yaradılacaq. Komissiyanın tərkibinə Regional Təhsil İdarəsinin nümayəndəsi və başqa ekspertlər daxildir. Bütün müsahibələrdə şəffaflığın qorunması məqsədi ilə videoçəkiliş aparılacaq. Şagird sayı 500-ə qədər olan məktəblərə direktorların işə qəbulu Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Şagird sayı 151-500 olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi zamanı namizəd istədiyi sayda vakant yerə iddia edə bilər.

Ancaq direktorların işə qəbulu üçün müraciət edən namizəd öz yaşadığı rayondakı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərə müraciət edə bilər”. 
Rüfət Hacıyev deyib ki, direktorların işə qəbulu prosesi zamanı test imtahanında ümumi sual sayı 45-dir: 

"15 sual tənqidi oxu bacarıqları ilə bağlıdır. Burada mühakimə yürütmə bacarıqlarından söhbət gedir. Suallar arasında məntiq və riyaziyyat, təhsil qanunvericiliyi ilə bağlı suallar da cavablandırılmalıdır. Keçid balı 24 olaraq təyin olunacaq ki, bu da 50% nəticə deməkdir. Müsahibə mərhələsində isə müxtəlif meyarlar üzrə 5 balla qiymətləndirmələr aparılacaq. İmtahanlar bütün regionlarda eyni gün və saatda təşkil ediləcək. Test mərhələsinin müddəti 80 dəqiqədir. Müsahibələr isə müxtəlif vaxtlarda olacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin