Odessaya raket zərbəsində ölənlərin sayı 19-a çatıb - YENİLƏNİB

Hazırda oxunan: Odessaya raket zərbəsində ölənlərin sayı 19-a çatıb - YENİLƏNİB

81778

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.

6-sı uşaq olmaqla daha 38 nəfərin yaralandığını bildirib.

***

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb. 

Bildirilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb.  

Üçü uşaq olmaqla, 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib. 

İkinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. İstirahət mərkəzinin üç və dördmərtəbəli binaları dağılıb.  

Nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, bir nəfər isə yaralanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin