Aytac Bərdəlinin ailəsi dağıldı: "Biz artıq birlikdə deyilik" - VİDEO

Hazırda oxunan: Aytac Bərdəlinin ailəsi dağıldı: "Biz artıq birlikdə deyilik" - VİDEO

81759

"Artıq təkliyim və tənhalığımla razılaşmışam. Evlilik sarıdan bəxtim gətirmədi. Mən bir kişi tərəfindən sevilmişəm, o da mənim atam (red. müğənni Vidadi Bərdəli) olub. Yerdə qalan sevgilər mənim üçün boşdur".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Vidadi Bərdəlinin ifaçı qızı Aytac Bərdəli qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Türk vətəndaşı, iş adamı Can Bekirlə ailə quran sənətçi, həyat yoldaşı ilə ailə bağlarının qırıldığını açıqlayıb:

"Saf sevgiyə inanmıram. Əgər sevgi olsaydı, davam edərdi. Sevgi həyat yoldaşım tərəfdən yoxdur. İki uşağım var. Biri qız, biri oğlan. Onlar yanımdadır. Qadın olaraq özümü çox güclü hiss edirəm. Onlara həm atalıq, həm də analıq edirəm. O uzaqdadır (red. ABŞ). Biz artıq ailə deyilik. Zəng edir, danışırıq. Bizim bütün bağlarımız qırılıb. Birləşməyimiz isə qeyri-mümkündür".

Verilişin aparıcısı Zaur Kamalın, "Həyat yoldaşın sənə maddi köməklik göstərir?" sualına Aytacın reaksiyası belə olub:

"Uşaqlara pul göndərmək məsələsi belədir ki, olanda göndərir, olmayanda isə yox. Şükürlər olsun, Allah mənə güc verir, pulu özüm qazana bilirəm. Övladlarıma baxa bilirəm. Kaş bəzi şeyləri etməzdim. Amma hər şey qurban olsun o iki uşağa".

Fədakar qadın olduğunu söyləyən Aytac Bərdəli ailəsində yaşanan ayrılığın günahını özündə yox, həyat yoldaşında gördüyünü dilə gətirib:

"Tələsdim, tez qərar verdim evlənməkdə. Yanıldığım günlər, hadisələr oldu. Elə məsələlər oldu ki, seçimimi düzgün etmədim. Həyat yoldaşım, Azərbaycan yox, Türkiyə vətəndaşıdır. Onunla həmyaşıdam. Bakıda tanış olmuşduq. Vasitəçi oldu, bizi tanış etdi. Belə vəziyyətə gəlib çıxmağımızda isə günah məndə deyil, qarşı tərəfdədir. Çox fədakar qadınam. Hər şeyə razılaşdım və bütün gücümlə onun yanında oldum. Artıq sevgi yoxdur, onu da sevmirəm. Təəssüf ki, sevib, yanmışam".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin