"Salyanda avtomobildən qızıl-zinət, eləcə də digər əşyaların oğurlanması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və şər-böhtan xarakterlidir".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenant Nizam Həmidov Bizim.Media-ya bildirib ki, iyunun 29-da Oktay Salayevin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi arxa dövlət qeydiyyat nişanı olmadığı və avtomobildə konstruksiya dəyişikliyinə yol verildiyi üçün Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:
"Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub, lakin sürücü protokolu imzalamaqdan imtina edib. Həmin avtomobilə hal şahidlərinin də iştirakı ilə baxış keçirildikdən sonra müvəqqəti duracağa yerləşdirilib".
"Qeyd edək ki, Oktay Salayev fevral ayında da həmin avtomobillə yol-hərəkəti qaydalarını pozduğu üçün onun barəsində bir neçə dəfə inzibati protokol tərtib olunub. İnzibati xətaya görə təyin edilən cərimələri ödəmədiyindən onun 240 manat borcu yaranıb. Bundan əlavə, yol polisi əməkdaşlarının sürücülərdən pul almasına dair videogörüntülər də paylaşılıb. Həmin görüntülər ötən vaxtlarda çəkilib və görüntülərlə bağlı araşdırmalar aparılıb. Vətəndaşın qış geyimində olmasıda kadrların yeni olmamasından xəbər verir", - DİN-in əməkdaşı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:14 / 30.06.2022
Salyanda avtomobildən qızıl-zinət əşyaları oğurlanıb? - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Salyanda avtomobildən qızıl-zinət əşyaları oğurlanıb? - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Salyanda avtomobildən qızıl-zinət əşyaları oğurlanıb? - DİN-dən AÇIQLAMA
81745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.