\"ƏDV-dən yayınmaq üçün şirkət yaradan işbazlar var\" – RƏSMİ 

Hazırda oxunan: \"ƏDV-dən yayınmaq üçün şirkət yaradan işbazlar var\" – RƏSMİ 

81736

"Son zamanlar vətəndaşların xəbəri olmadan adlarına şirkətlər açılması ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur”.  

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə deyib.  

Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var:

“Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma olursa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır”.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin