Böyük Britaniyanın yük maşınlarının sürücüləri Niderland sərhədində gözlənilməz addımla qarşılaşıblar.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, onlar “Brexit”dən çıxmağın çətinlikləri ilə üzləşiblər.
Belə ki, Hollandiya sərhədində Böyük Britaniyadan olan yük avtomobillərinin sürücüləri naharsız qalıb.
Niderlandlı sərhədçilər maşınları yoxladıqdan sonra sürücülərin buterbrodlarını əllərindən alıb və bunu yeni qanunla izah ediblər.
Avropa Birliyinin qanuna yeni əlavələrinə görə, Böyük Britaniyadan tərkibində süd və ət olan istənilən ərzaq, qida məhsullarının girişi qadağan olunub.
Hətta bir ingilis, irland, yaxud şotlandın həyat yoldaşı yolüstü qidalanmaq üçün çörəkarası nəsə hazırlayıbsa, onlar çalışmalıdırlar ki, həmin xörəyi sərhədə çatmadan yesinlər.
Yoxsa sərhədçilər əllərindən alacaq.
Bizim.Media