“Böyük Britaniya hökumətinin regionda minaların təmizlənməsini dəstəkləmək üçün BMT-nin İnkişaf Proqramına (UNDP) əlavə 500.000 funt sterlinq ayırdığını elan etməkdən çox şadam”.
Bizim.Media xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter“də bildirib.
Səfir qeyd edib ki, bu region dünyanın minalar və partlamamış hərbi sursatlarla ən çirklənmiş bölgələrindən biridir:
“Və ən əsası son ayrılan vəsait ANAMA-nın ərazi təhlükəsizliyini təmin etməsi, xəsarətlərin qarşısını alması və insanların həyatının xilas etməsinə dəstək olmaq üçün mühüm təlim və mütəxəssis məsləhətlərini təmin edəcək.
Böyük Britaniya bu regionun minalardan təmizlənməsinə verdiyi dəstək indi 1 milyon funt sterlinqdən artıqdır. Mənim səfirliyim burada, həmçinin, qadınlar, sülh və təhlükəsizlik gündəliyinə də dəstək verir. Və inanırıq ki, bizim dəstəyimiz həm də yaxın gələcəkdə qadın minatəmizləmə qrupunun yaradılmasına kömək etmək də daxil olmaqla, Azərbaycanda minalarla mübarizədə gender mövzusunu əsas götürəcək”.
Bizim.Media
Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik.?? XİN regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait @ANAMA_gov_az-a mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək. pic.twitter.com/ZyHWQYzAd6
— James Sharp (@JamesSharpFCDO) June 30, 2022