Polşa prezidenti Belarusu “Rusiyanın hərbi dairəsi” adlandırdı

Hazırda oxunan: Polşa prezidenti Belarusu “Rusiyanın hərbi dairəsi” adlandırdı

81683

Polşa prezidenti Anjey Duda Belarusu “Rusiyanın hərbi dairəsi” adlandırıb. 

Bizim.Media “Rzeczpospolita” nəşrinə istinadən xəbər verir ki, o, bunu bu gün Madriddə NATO sammitinin ikinci günündə jurnalistlərin Polşa və Baltikyanı ölkələrin Aleksandr Lukaşenko tərəfindən təhlükə hiss edib-etməmələri sualına cavab verərkən deyib.

Anjey Duda Belarusda rus qoşunlarının daimi mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, hərbi baxımdan Belarus Rusiyadan ayrı heç bir addım ata bilməz və təhlükə məhz Rusiyadan gəlir.
“Təəssüf ki, Belarus sanki Rusiyanın Qərb Hərbi Dairəsinin bir hissəsi oldu. Deməzdim ki, mən hansısa təhlükə hiss edirəm. Düşünürəm ki, Aleksandr Lukaşenko rejimindən Baltikyanı ölkələr də təhlükə hiss edirlər. Deməli, təhlükə realdır və bu, Rusiyadan gələn təhlükədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin