Dünəndən bəri müzakirə mövzusuna çevrilmiş, tanınmış televiziya aparıcısı Zaur Kamalın ARB efirindən etdiyi qeyri-etik davranışı, televizya camiəsində də birmənalı qarşılanmayıb. Bir çox media nümayəndəsi və ekspertlər böyük auditoriya üçün açılan ekranlarda belə hərəkətlərin yolverilməz olduğunu diqqətə çatdırıb.
Mövzu ətrafında Bizim.Media-ya danışan professor, tanınmış telejurnalist Qulu Məhərrəmli bildirib ki, televiziya dəbdir, bir zövqdür.
MÖVZU İLƏ BAĞLI:
Zaur Cənubi Azərbaycanlı müğənnini efirdən qovdu - VİDEO
İnsanlar öz həytalarını bəzən televiziyadan öyrəndikləri üzərində qurur:
“Amma çox təəssüf ki, televiziyalar bəzən bu ali missiyanı unudurlar. Dünən ARB-nin efirində baş verən də bunun sübutudur. Aparıcı verilişin sahibidir. Bununla belə aparıcı tamaşaçıya və dəvət etdiyi qonağa hörmət etmək məcburiyyətindədir. Qonağı efirdən istisna hallarda kənarlaşdırmaq olar. Bunun da əsaslı səbəbi və incə gedişi olmalıdır. Lakin, biz dünən çox biabırçı bir mənzərənin şahidi olduq. Belə hallar həm tamaşaçıya, həm qonağa, həm də televiziyanın özünə çox böyük hörmətsizlikdir”.
Xatırladaq ki, ötən gün ARB kanalında yayımlanan “Həmin Zaur” verilişinə dəvət almış Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri verilişin aparıcısı Zaur Kamal tərəfindən kobud şəkildə efirdən qovulub.
Surxay Atakişiyev, Bizim.Media