Erməni alim Consonu Rusiyaya işə dəvət etdi – “Yaxşı maaşla laboratoriyamda çalışa bilər”

Hazırda oxunan: Erməni alim Consonu Rusiyaya işə dəvət etdi – “Yaxşı maaşla laboratoriyamda çalışa bilər”

81634

Rusiya Elmlər Akademiyasının professoru, milliyətcə erməni olan Artyom Oqanov Böyük Britaniyanın baş naziri Boris Consonun Rusiyadan olan alimləri Britaniyaya köçməyə çağırmasını şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Vzqlyad” telekanalının efirində danışıb.

"Consonun dediklərinə görə cavabdeh olub-olmadığına əmin deyiləm, amma mən özümə cavabdehəm və Boris Consonu laboratoriyama kiçik elmi işçi kimi dəvət edirəm.
Rəqabətqabiliyyətli maaş və yaxşı iş şəraitinə zəmanət verirəm" deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rusiya alimlərinin əla perspektivləri var.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyada özlərini təhlükəli şəraitdə hiss edən rus alimlərini Britaniyaya köçməyə çağırıb. Bu barədə iyunun 27-də “The Guardian” nəşri məlumat yayıb. Siyasətçi qeyd edib ki,  dəvət bütün rusiyalı alim və tədqiqatçılara aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin