Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəs haqqında şok açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bir müddətdir oğlu Ahmetle qalmaqa yaşayan İ.Tatlısəs "Beyaz Maqazin" proqramının canlı yayımına telefonla qoşularaq, Sara və böyük oğlunu danlayıb.
İbrahim Tatlısəs oğlu Ahmetə verdiyi 7 dükanı iflasa uğratdığını deyib:
"45 il əvvəl ayrılmışam, 45 ildir pul verirəm. Mən pul verməsəm, şirkəti qarışdırırlar. Oğluna 7 dükan verdim, hamısını batırdı, nəyin halallığını istəyir? Məndən nə istədilərsə verdim, daha nə edim? Hər şeyimi verirəm, hələ də ondan qurtula bilmirəm".
Sənətçi keçmiş həyat yoldaşı Adaletlə oğlu Ahmetin adını belə eşitmək istəmədiyini bildirib:
"Müalicədən sonra yenidən pul qazanmağa başladım. Boğaza yığdınız məni! Sağlamlığımla məşğul olmalıyam, onlarla məşğul olmalıyam, indi nə edim? Mənə bir az mərhəmət edin! Övladlarımın heç birinə laqeydlik etmərəm. Ən böyüyü istisna olmaqla. Adını belə eşitmək istəmirəm. Xəyanət uğradım, vurulmuşam, o, birbaşa şirkətə gedib seyfi boşaltdı. Niyə mənim digər uşaqlarım bunu etmi? Ədalət xanım, sənin məndə nə haqqın var?".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:26 / 29.06.2022
İbrahim Tatlısəs oğlunu biabır etdi: "Güllələndiyim gün şirkətə gəlib və..." - VİDEO
Hazırda oxunan: İbrahim Tatlısəs oğlunu biabır etdi: "Güllələndiyim gün şirkətə gəlib və..." - VİDEO
Hazırda oxunan: İbrahim Tatlısəs oğlunu biabır etdi: "Güllələndiyim gün şirkətə gəlib və..." - VİDEO
81580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.